Ceyms Uorlik: “Avropa və ABŞ Cənubi Qafqazda sülhün tərəfdarıdır"

Ceyms Uorlik: “Avropa və ABŞ Cənubi Qafqazda sülhün tərəfdarıdır"

"İsveçin Bakı və İrəvanda səfirliklərinin açılması haqqında qərarından çox şad oldum". SİA-nın xəbərinə görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz rəsmi "Twitter" səhifəsində yazıb.

O söyləyib ki, Avropa və ABŞ Cənubi Qafqazda sülhün tərəfdarıdır.

Həmsədr həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinin üç əsas prinsipini açıqlayıb: "ABŞ Rusiya və Fransa ilə birgə Dağlıq Qarabağ münaqişəsinin güc tətbiq etmədən sülhü bərqərar etməyə çalışır".

Bütün xəbərlər Facebook səhifəmizdə