ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar G8 sammitini boykot edir

ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar G8 sammitini boykot edir

ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar bu ilin iyun ayında Soçidə keçirilməsi planlaşdırılan G8 sammitində iştirakdan imtina edə bilər. Bu haqda SİA "RİA Novosti"yə istinadən məlumat verib.

Xəbərdə deyilir ki, Vladimir Putin müsahibəsində "Əgər iştirak etmək istəsələr, Rusiya "Böyük səkkizlər"in sammitini keçirməyə hazırdır. Amma lazım deyil" – deyə bildirmişdi.

ABŞ rəsmilərinin sözlərinə görə, əgər Rusiya Ukrayna məsələsində mövqeyini dəyişməsə, Barak Obama sammitdə iştirak etməyəcək.

Qeyd edək ki, bir müddət öncə "Böyük səkkizlər" sammitə hazırlıq işlərini dondurduqlarını açıqlamışdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə