ABŞ-dan sonra Kanada da Rusiya ilə hərbi əməkdaşlığı dayandırdı

ABŞ-dan sonra Kanada da Rusiya ilə hərbi əməkdaşlığı dayandırdı

Kanadanın baş naziri Stiven Harper bəyan edib ki, ölkəsi Rusiya ilə ikitərəfli hərbi əməkdaşlığı dayandırır. Bu haqda SİA "RİA Novosti"yə istinadən xəbər verir.

"Mən Rusiya ilə Kanada arasında hərbi əməkdaşlığın dayandırılması haqqında qərar vermişəm" – deyə baş nazirin açıqlamasında deyilir.

Məlumatda deyilir ki, hər il təşkil olunan Rusiya, Kanada və ABŞ-ın birgə ələ keçirilmiş kommersiya təyyarələrinin qırıcılar vasitəsilə azad edilməsi üzrə təlimləri də təxirə salınıb.

Qeyd edək ki, ötən gün Pentaqonun mətbuat katibi Con Kirbi bildirib ki, ABŞ Müdafiə Nazirliyi Ukraynada baş vermiş hadisələrin fonunda Rusiya ilə birgə təlimləri, səfərləri və danışıqları müvəqqəti olaraq dayandırır.

Bütün xəbərlər Facebook səhifəmizdə