Estoniyanın baş naziri istefa verib

Estoniyanın baş naziri istefa verib

Estoniyanın Baş naziri Andrus Ansip istefa verib. O, bunu hökumətin martın 4-də keçirilən növbədənkənar iclasında bildirib.

Qanuna görə, Nazirlər Kabineti də A.Ansiplə bərabər istefaya gedəcəkdir. Hökumətin üzvləri yeni Nazirlər Kabineti təşkil olunana qədər öz vəzifələrini icra edəcəklər.

A.Ansip istefaya gedəcəyini hələ fevralın axırlarında bəyan etmişdi. Bildirmişdi ki, bu qərarı təzyiq altında olmadan, könüllü qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə