Enerji məsələləri üzrə Avrokomissar Ukraynanın enerji nazirilə görüşəcək
Enerji məsələləri üzrə Avrokomissar Qünter Ettinger Ukraynanın energetika və kömür sənayesi naziri Yuriy Prodan ilə görüşəcək. Bu barədə SİA "RİA Novosti"yə istinadən xəbər verib.
"Ukraynanın yeni təyin olunmuş energetika və kömür sənayesi nazirilə uzun telefon söhbətimiz olub və o, səfər dəvətimi qəbul edərək, martın 19-da Brüsselə gələcək. Burada bütün məsələlər, eyni zamanda, Rusiyadan Ukraynaya və Avropa İttifaqına gələn qaz nəqli kəmərlərinin yenidən qurulması üçün maliyyənin ayrılması müzakirə ediləcək. Mümkün saziş imzalanmağa hazırdır, hətta, banklarımız və özümüz layihəni maliyyələşdirməyə hazırıq" – deyə Ettinger əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB