Qahirənin Təxirəsalınmaz işlər üzrə məhkəməsi "Həmas" qruplaşmasının Misir ərazisində fəaliyyətini qadağan etmək, habelə qruplaşmanın bütün ofislərini və mənzil-qərargahını müsadirə etmək barədə qərar qəbul edib.
Bununla bərabər, Misirdə "Həmas" hərəkatının bəzi üzvləri barəsində ölkənin sabiq prezidenti Məhəmməd Mursinin 2011-ci ilin əvvəlində həbsxanadan qaçmasının təşkil edilməsi ittihamı üzrə cinayət işi qaldırılıb.
Misir hüquq mühafizəçilərinin fikrincə, 2011-ci ilin yanvar-fevral hadisələrində polis məntəqələrinə, həbsxanalara hücumlarda və digər cinayətlərdə də "Həmas"ın əli var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB