ABŞ və beynəlxalq birlik Ukraynanın ərazi bütövlüyünü və müstəqilliyini fəal dəstəkləyir. Bu sözləri Ukraynanın baş naziri Arseni Yatsenyuk ABŞ-ın dövlət katibi Con Kerri ilə Kiyevdə keçirilmiş görüşün yekunlarına dair brifinqdə deyib.
A.Yatsenyuk bildirib ki, ABŞ Ukraynaya maliyyə yardımı göstərəcək. Lakin o, yardımın həcmini açıqlamayıb, qəti razılıq əldə edildikdən sonra bunu dəqiqləşdirməyi vəd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB