ABŞ-ın dövlət katibi Con Kerri Ukrayna səfərinin nəticələrinə dair keçirdiyi mətbuat konfransında Rusiyanı Ukraynanın yeni hökuməti ilə dialoq qurmağa çağırıb. Bu barədə SİA "RİA Novosti"yə istinadən xəbər verib.
"Hesab edirik ki, börandan çıxmaq və diplomatik əlaqələrin qurulması üçün Rusiyanın bir çox variantları var. Rusiyanı danışıqlar masasına əyləşməyə və qarşıdurmaların dayandırılmasına kömək etmək üçün Ukraynanın yeni hökumətilə birbaşa dialoq qurmağa çağırırıq" – deyə Kerri bildirib.
Dövlət katibi deyib ki, ABŞ Rusiyanın Ukraynadakı maraqlarını qəbul edir. O, Rusiyanı vətəndaşlarının Ukraynadakı maraqlarının müdafiəsi üçün diplomatik danışıqlara başlamağa da çağırıb.
"Əgər siz vətəndaşlarınızın həyatına görə narahatsınızsa, hakimiyyətə, BMT-yə, yaxud, insan hüquqlarını müdafiə təşkilatlarına müraciət edə bilərsiniz" – deyə dövlət katibi əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB