Putin və Ərdoğan Krımdakı vəziyyəti müzakirə edib

Putin və Ərdoğan Krımdakı vəziyyəti müzakirə edib

Rusiya prezidenti Vladimir Putin və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

SİA "RİA Novosti"yə istinadən xəbər verib ki, liderlər Krımda millətlər və konfessiyalar arasında sülhün qorunub saxlanılacağına ümidvar olduqlarını bildiriblər.

Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, Putin və Ərdoğan müxtəlif səviyyələrdə əlaqələrin qurulmasının dəstəklənməsi haqqında razılığa da gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə