ABŞ hökuməti Rusiya ilə ticarət-investisiya danışıqlarını və hərbi əməkdaşlığı dayandırmaq barədə qərar qəbul edib. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir.
ABŞ-ın ticarət nümayəndəsinin idarəsindən bildirilib ki, qərar Ukrayna ilə məsələ həll olunana qədər qüvvədə qalacaq:
"Biz Rusiya ilə ikitərəfli ticarət və investisiya əməkdaşlığını dayandırdıq", - deyə idarənin bəyanatında bildirilir.
Bundan başqa, ABŞ Müdafiə Nazirliyi – Pentaqon da Rusiya ilə hərbi əməkdaşlığı dayandırdığını da açıqlayıb. Pentaqonun mətbuat katibi, kontr-admiral Con Kirbi ABŞ-Rusiya hərbi əməkdaşlığının dayandırıldığını elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB