Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır

Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır

Martın 3-dən 4-nə keçən gecə BMT Təhlükəsizlik Şurası Ukrayna üzrə 3-cü təcili iclasa hazırlaşır. Bu dəfə görüş Rusiyanın xahişi ilə çağırılıb. SİA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "Reuters" yazır.

İclasın açıq keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, BMT TŞ Ukraynadakı vəziyyət üzrə artıq iki dəfə toplaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə