ABŞ dövlәt katibi Ukraynaya sәfәr edəcək

ABŞ dövlәt katibi Ukraynaya sәfәr edəcək

ABŞ dövlәt katibi Con Kerri Ukraynaya sәfәr edəcək. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, ABŞ dövlәt katibliyinin sözçüsü Jen Psaki verdiyi açıqlamada Con Kerrinin sabah Ukraynaya yola düşәcәyini bildirib.

Psaki bildirib ki, dövlәt katibi Kerri səfəri zamanı Ukrayna hökumətinin yüksәk səviyyəli rәsmilәri, parlament üzvləri, qeyri-hökumət təşkilatlarının nümayәndәlәri ilә bir araya gәlәcәk. C.Kerri danışıqlar zamanı Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə, azadlığına və Ukrayna xalqının xarici müdaxilədən və provokasiyalardan müstəqil olaraq atdığı addımlara ölkәsinin dәstәyini vurğulayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə