Krım Moskva saatına keçə bilər

Krım Moskva saatına keçə bilər

Krım parlamentinin vitse-spikeri Sergey Sekov Krımın Moskva saatına keçməsi ilə bağlı təklif irəli sürüb. Bu barədə SİA rus mətbuatına istinadən verdiyi xəbərə görə, təklif bu gün Krım Ali Radasının Rəyasət Heyətinin iclasında irəli sürülüb.

"Uzun illərdir bizim üçün fizioloji baxımdan aydın olmayan vaxtla yaşayırıq. Gəlin, yay vaxtına keçid haqqında məsələyə baxaq, bu vaxt bizdə Moskva vaxtı ilə üst-üstə düşəcək"- deyə, vitse-spiker vuğrulayıb.

Parlamentin sədri Vladimir Konstantinov məsələ ilə bağlı işçi qrupunun yaradılması tapşırığını verib. Beləliklə, qrup krımlıların rəyini öyrənəcək.

Qeyd edək ki, Ukrayna və Rusiya arasında saat fərqi iki saatdır. Ukrayna yay vaxtına martın son bazar günü keçir.

Bütün xəbərlər Facebook səhifəmizdə