İranla “altılıq” ölkələr Vyanada görüşəcəklər

İranla “altılıq” ölkələr Vyanada görüşəcəklər

İranla "altılıq" ölkələri arasında nüvə ilə bağlı keçiriləcək müzakirələr 5-7 mart tarixlərində Vyanada baş tutacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, müzakirələr ekspertlər səviyyəsində həyata keçiriləcək.

Danışıqlar Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsinin xüsusi yardımçısı Stefan Kolmentin rəhbərliyi altında, mütəxəssislərin iştirakı ilə reallaşacaq.

Qeyd edək ki, İranla "altılıq" ölkələri arasında növbəti nüvə müzakirələr martın 17-19-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə