ABŞ dövlət katibi Con Kerri martın 4-də Kiyevə səfər edəcək. SİA RİA Novosti agentliyinə istinadən bu barədə ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi jurnalistlərə bildirib.
"ABŞ dövlət katibi Kerri Ukraynaya səfər edəcək, o, çərşənbə axşamı Kiyevdə Ukraynanın keçid hökuməti ilə məsləhətləşmələr aparacaq", - nümayəndə bildirib.
"Kerri Ukraynaya siyasi dəstək vermək və onların ehtiyaclarına kömək etmək üçün başladığımız addımlar haqqında danışacaq ", - administrasiya nümayəndəsi əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB