Krımda sərhəd qərargahları ələ keçirildi, rabitə xətləri məhv edilib HƏRBİ MÜDAXİLƏ

Krımda sərhəd qərargahları ələ keçirildi, rabitə xətləri məhv edilib HƏRBİ MÜDAXİLƏ

Böyük sayda naməlum şəxslər Azov-Qara Dəniz regional hərbi idarəsinin və Ukrayna Dövlət Sərhəd Xidmətinin Simferopol sərhəd dəstəsinin yerləşdiyi əraziləri ələ keçirib. SİA unian.net saytına istinadən xəbər verir ki, bu barədə mediaya Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat ötürülüb.

İnformasiyada qeyd edilir ki, hücum edənlər qarşılarına çıxan hər bir maneəni dəf edərək qapıları sındırır, avtomatlaşdırılmış sistemləri məhv edirlər. Artıq, rabitə ilə də əlaqə kəsilib.
"Bütün bunlara baxmayaraq, silah ambarları ələ verilməyib və Ukrayna hərbçilərinin nəzarəti altındadır" - deyə saytın məlumatında qeyd olunub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə