Ukrayna dənizçiləri Rusiya xüsusi təyinatlılarına "diş" göstərdi QARŞIDURMA-FOTO
Ukrayna dənizçiləri Rusiya xüsusi təyinatlılarına hərbi hissədən silahları çıxarmağa imkan verməyib. SİA "Sea Breeze" (Navy News) müstəqil dənizçilik portalına istinadən xəbər verir ki, Ukraynada yerləşən 191 saylı təlim tağımının dənizçiləri rusiyalı xüsusi təyinatlılar qarşısından geri çəkilməyiblər. Portalda vurğulanır ki, rusiyalı hərbçilər hərbi hissənin daxilinə müdaxilə edərək, orada yerləşən silahları KAMAZ markalı hərbi yük maşınına yükləyiblər. Lakin Ukrayna dənizçiləri "BTR-80" markalı zirehli transportyorla KAMAZ-ın qarşısına kəsib və silahları yerə boşaltdırıblar.
"Baxmayaraq ki, rusiyalı xüsusi təyinatlılar iki dəfə havaya atəş açıblar, buna məhəl qoymayaraq, təxribata uymayan Ukrayna dənizçiləri güc ssenarisi təxribatına uymayıblar. Nəticədə Rusiya hərbçiləri hərbi hissənin ərazisini tərk etməyə məcbur olublar. Silahla yüklənmiş KAMAZ isə Ukrayna silahlı qüvvələrinin 174- saylı saxlanc bazasına göndərilib"- deyə Sea Breeze" (Navy News) müstəqil dənizçilik portalı xəbər verir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB