Nursultan Nazarbayev bütün siyasəti millətlərarası razılıq üzərində qurub
Dövlət başçısı Nursultan Nazarbayevin uzaqgörənliyi bundadır ki, o, bütün siyasəti millətlərarası razılıq üzərində qurub. Bu fikri Astana şəhəri Elmi-Ekspert Şurasının sədri, "Turan-Tayms" qəzetinin baş redaktoru, Qazaxıstanın Azərbaycan mədəniyyət mərkəzlərinin prezidenti Vidadi Salahov Qazaxıstan Xalq Assambleyasının 19 illiyi ilə əlaqədar söyləyib. Bu barədə KAZİNFORM-un məlumatında deyilir.
V.Salahov belə hesab edir ki, Nursultan Nazarbayevin müstəqilliyin ilk illərindən indiyədək yeritdiyi millətlərarası siyasət sonradan dünya tarixində öz əksini tapıb. Çünki bütün dünyada Xalq Assambleyası kimi bir təsisat olmamışdı. Ölkə prezidentinin siyasi uzaqgörənliyi sayəsində Qazaxıstan millətlərarası həmrəyliyə nail olub, bütün keçmiş sovet respublikaları arasında ən sabit dövlətə çevrilib.
Onun sözlərinə görə, Qazaxıstanda bütün siyasət vahid bir xalqı təşkil edən 130 etnosun hamısının nümayəndələri arasında dostluq və həmrəyliyə əsaslanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB