Krımda muxtariyyətinin statusu haqqında referendum martın 30-da keçiriləcək. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Krımın yeni baş naziri Sergey Aksyonov Nazirlər Şurasının ilk iclasında çıxışı zamanı deyib.
O bildirib ki, zərurət yarandığından referendum vaxtından 2 ay əvvəl tezləşdirilib. O həmçinin qeyd edib ki, referendum ölkədə adətən mayın 25-də həyata keçirilirdi.
Məlumat üçün bildirək ki, referendumun keçirilməsi ilə bağlı qərar Krım parlamentinin fevralın 27-də keçirdiyi növbədən kənar iclasında qəbul olunub.
Qeyd edək ki, fevralın 25-də Krımın bir sıra sakinləri Ukraynada hakimiyyətə gəlmiş yeni rəhbərliyi tanımamaq tələbi ilə müddətsiz aksiyaya başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB