Kreml Krıma yardım edəcək

Kreml Krımın yardım istəyini qəbul edəcək. Belə ki, Krımın yeni baş naziri Sergey Aksyonovun rəsmi Moskvadan yardım istəməsinə rəsmi şəkildə cavab gəlib. SİA-nın xəbərinə görə, bu barədə Prezident Administrasiyasının hesabatında qeyd olunur. Sənəddə qeyd edilir ki, rəsmi Moskva mövcud müraciəti cavabsız qoymayacaq.

Qeyd edək ki, bu gün səhər saatlarında Krımın yeni baş naziri Sergey Aksyonov Rusiya prezidenti Vladimir Putinə müraciət edib və muxtar respublikada sabitliyin təmin olunması üçün Moskvadan yardım istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə