Ukrayna Prezidenti səlahiyyətlərini icra edən Ali Radanın spikeri Aleksandr Turçinov Mixail Kutsini Baş Qərargah rəisi - Hərbi Qüvvələrin baş komandanı vəzifəsinə təyin edib.
SİA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, müvafiq fərman dövlət başçısının saytında dərc olunub.
Qeyd edək ki, daha əvvəl A.Turçinov Yuri İlyini Baş Qərargah rəisi - Hərbi Qüvvələrin baş komandanı vəzifəsindən azad etmişdi.
Y.İlyin 2014-cü il fevralın 19-da V.Yanukoviç tərəfindən bu vəzifəyə təyin edilmişdi.
Dünən Y.İlyinin ürək tutmasından xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB