"Ukraynanın gələcəyi uğrunda mübarizəni davam etdirmək niyyətindəyəm". SİA-nın məlumatına görə, Rusiyanın Rostov-na-Donu şəhərində keçirilən brifinqdə Viktor Yanukoviç bəyan edib.
O vurğulayıb ki, terror vasitəsilə Ukraynanı ələ keçirmək istəyənlərə qarşı mübarizə aparacaq: "Mən devrilmiş prezident deyiləm. Sadəcə, ailəm təhlükədə olduğu üçün, ölkəni tərk etmişəm".
V. Yanukoviç iddia edib ki, Ukraynanı faşist gənclər ələ keçirib və silahlı şəxslərin küçələrdən yığışdırılması vacibdir: "Bütün ölkədə normal həyat bərpa olunmalıdır. Böhrandan çıxmaq çətin olacaq. Bu gün Ukraynada yaşanananlar siyasi böhranın nəticələridir. Bütün baş verənlər Qərbin yürütdüyü siyasətin nəticəsidir".
Qeyd edək ki, V. Yanukoviç brifinqdə Ukraynada ümumxalq referendumunun keçirilməsini də təklif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB