Krımda "Simferopol" hava limanını ələ keçirən hərbi geyimdə olan bir qrup silahlı şəxs bir neçə saatdan sonra oranı tərk ediblər. SİA-nın məlumatına görə, bu barədə hava limanının rəsmi nümayəndəsi İqor Stratilati açıqlamasında deyib.
Qeyd edək ki, fevral ayının 27-dən 28-ə keçən gecə əllərində Rusiya dövlət bayraqları olan 150-dək silahlı şəxs hava limanına hücum edib. Onlar hava limanına Ukrayna desantının gəldiyini düşünərək hücum edib, lakin düşüncələrinin yanlışlığına əmin olduqdan sonra üzr istəyərək hava limanını tərk ediblər. Hazırda hava limanı adi rejimdə işini davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB