Türkiyə parlamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib

Türkiyə parlamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyası Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar bəyanat verib. SİA-nın türk mətbuatına istiandən verdiyi xəbərə görə, bəyanatda Xocalı faicəsini törədənlər şiddətlə qınanır və faciənin bəşər tarixinin ən qara səhifəsi olduğu bildirilir.

Bununla yanaşı, komissiya Türkiyənin hər zaman Azərbaycanı dəstəklədiyini bildirir. Bəyanatda o da qeyd olunur ki, Türkiyə parlamentinin Xarici əlaqələr komissiyası Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmağa çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə