Müxalifətə keçmiş Regionlar Partiyasının qurultayı keçiriləcək

Müxalifətə keçmiş Regionlar Partiyasının qurultayı keçiriləcək
Regionlar Partiyasının qurultayı martın əvvəllərində Donetsk şəhərində keçiriləcək. SİA-nın məlumatına görə, bu barədə Xarkov şəhərinin meri, partiyanın şəhər təşkilatının rəhbəri Gennadiy Kernes jurnalistlərə açıqlamasında bildirib.

"Biz ümumukrayna qurultayının keçirilməsini gözləyirik və qurultay 3-7 mart tarixlərində keçiriləcək" - deyə bildirən Kernes həmin qurultayda partiyanın istiqamətlərinin nədən ibarət olacağının da müəyyənləşdiriləcəyini bildirib: "Regionlar Partiyasının yüz minlərlə üzvü bizim ideyalara, proqramlara inanırdı və onlar heç vaxt konyuktur qərarlarımızla aldanılmamalıdırlar".

O eyni zamanda qeyd edib ki, hazırda Regionlar Partiyası fraksiyasından bir nəfər də olsa istefa verən olmayıb və bu hal baş verərsə, təşkilatın qurultayında ictimailəşdiriləcək.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB