Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili "Rustavi-2" kanalına müsahibəsində şok açıqlama verib.
O bildirib ki, Ukraynanın yeni hakimiyyəti ona yüksək vəzifə təklif edib: "Mənə həm açıq şəkildə, həm də şəxsi söhbətlərdə Ukrayna hökumətində yüksək vəzifələr təklif etdilər, amma təbii ki, mənim belə bir planlarım yoxdur. Yeni hökumətə məsləhətlərimlə kömək edə bilərəm. Onlar sürətlə islahatlara başlamalıdırlar".
M.Saakaşvili daha bir şok açıqlama verərək bildirib ki, Rusiyanın Abxaziya və Cənubi Osetiyada həyata keçirdiyi ssenarini Krımda təkrarlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB