İranın cənub-şərqində Kirman əyalətinin Fəryab rayonunda zəlzələ olub. SİA -nın məlumatına görə, təbii fəlakət ötən gün axşam saatlarında Rixter cədvəli üzrə 4.0 bal gücündə baş verib.
Zəlzələ ilə bağlı açıqlama verən Tehran universitetinin geofizika İnstitutu yanındakı seysmoloji mərkəzi bildirib ki, zəlzələ 8 kilometr dərinlikdə baş verib.
Tələfat və dağıntılar barədə hələ ki, heç bir məlumat yoxdur.
İran dünyada ən fəal seysmik zonalardan birində yerləşir. Bu səbəbdən İranda tez-tez zəlzələlər baş verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB