Ukraynada toqquşmalarda 800 nəfər xəsarət alıb

Ukraynada toqquşmalarda 800 nəfər xəsarət alıb

Ukraynada baş verən hadisələrdə ölənlərin sayı artmaqda davam edir. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin Səhiyyə Nazirliyi iki gün ərzində qarşıdurmalarda 28 nəfərin öldüyünü, 445 nəfərin isə yaralandığını açıqlayıb.

Xəstəxanalarda hazırda 287 nəfər müalicə olunur, onlarda 88-i hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Xəstəxanalarda müalicə alanlar arasında 6 jurnalist, yetkinlik yaşına çatmayan 4 nəfər, 2 əcnəbi və 1 müxalifətçi deputat (Vasili Pazinyak) da var. Ümumilikdə toqquşmalarda isə təxminən 800 nəfər xəsarət alıb.

Qeyd edək ki, məlumatlar fevralın 18-dən fevralın 20-si səhər saat 6-ya olanlardır.

Bütün xəbərlər Facebook səhifəmizdə