İordaniya sərhədçiləri Suriya ilə sərhəddə bir qrup silahlı adamı saxlayıblar

İordaniya sərhədçiləri Suriya ilə sərhəddə bir qrup silahlı adamı saxlayıblar

İordaniya sərhədçiləri bir qrup döyüşçünün Suriya sərhədindən İordaniyaya qeyri-qanuni keçməsi cəhdinin qarşısını alıblar. Bu barədə yerli KİV-lər məlumat veriblər.

Dövlət televiziyasının məlumatına görə, atışma zamanı silahlı döyüşçülərdən biri öldürülüb, üçü yaralanıb.

Ötən şənbə günü Krallığın sərhəd qoşunları daha bir silahlı qruplaşmanın İordaniya-Suriya sərhədindən qanunsuz keçməsi cəhdinin də qarşısını alıb. Atışma nəticəsində yeddi nəfər yaralanıb, üç nəfər saxlanıb.

Hazırda İordaniya komandanlığı sərhəd rayonlarında kontrabanda fəaliyyətinin genişlənməsi ilə əlaqədar olaraq təhlükəsizlik tədbirlərini gücləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə