Koreyada binanın uçması nəticəsində 50-dən çox tələbə dağıntılar altında qalıb
Koreya Respublikasının cənubundakı Qyeonqcu şəhərində istirahət mərkəzlərinin birində 500-ə yaxın tələbə mərasim keçirərkən yerli vaxtla saat 21:16-da bina uçub.
Yerli polisin verdiyi məlumata görə, 50-dən çox tələbənin binanın dağıntıları altında qaldığı güman edilir. Hələlik üç tələbənin cəsədi tapılmışdır. Axtarış-xilasetmə işləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB