ABŞ-ın Milli Elm Fondunun apardığı sorğunun nəticələri eşidənləri dəhşətə gətirir. SİA xarici mətbuata istinadən xəbər verir ki, 9 sualın yer aldığı sorğu nəticəsində əldə olunan anketə əsasən, hər 4 amerikalıdan 1-i dünyanın Günəşin ətrafında fırlandığını bilmir.
2 200 amerikalıya verilən "Dünya Günəşin ətrafında fırlanır ya əksinə, günəş dünyanın ətrafında fırlanır?" sualına 26% "Günəş dünyanın ətrafında fırlanır" deyib. İştirakçıların 39%-i Yer kürəsinin qalaktikada baş verən partlayış nəticəsində yarandığını bilməyib. 2200 amerikalının 42%-i isə ümumiyyətlə qalaktikanın varlığı barədə məlumatsız olduğunu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB