Nepalda sərnişin təyyarəsi qəzaya uğrayıb

Nepalda sərnişin təyyarəsi qəzaya uğrayıb

Nepalda göyərtəsində 18 nəfər olan sərnişin təyyarəsi qəzaya uğrayıb.

Nepal Hava Yolları şirkətinə məxsus kiçik ölçülü təyyarə yerli vaxtla gündüz 12:00-da Poxara şəhərində səmaya qalxıb. Cumla şəhərinə uçan təyyarənin kapitanı uçuş başlanandan bir müddət sonra sonuncu dəfə rabitə əlaqəsinə çıxaraq təyyarənin marşrutdan çıxdığını bildirib. Bir neçə saatdan sonra təyyarənin qalıqlarının Xidim cəngəlliyində olduğu müəyyənləşdirilib.

Təyyarədə 3 ekipaj üzvü, 15 sərnişin, o cümlədən bir əcnəbi turist olub. İlkin ehtimala görə qəzaya səbəb pis hava şəraiti olub. Pis hava şəraiti səbəbindən təyyarənin qalıqlarının tapılması və axtarış-xilasetmə işlərini həyata keçirilməsi hələ ki, mümkün deyildir.

Bütün xəbərlər Facebook səhifəmizdə