Ukraynanın "UDAR" partiyasının lideri, ölkə parlamentinin deputatı Vitaliy Kliçko ona qarşı irəli sürülən Almaniyada daimi yaşamaq hüququna malik olması ittihamlarını rədd edib. "Mən YUNESKO-nun səfiriyəm və hər hansı ittihamlar qarşısında özümə haqq qazandıracağımı gözləyənlər əbəs yerə belə düşünürlər" - deyə bildirən Kliçko bəzi məlumatları iddiaları da istinsa etməyib: "Bəli, mənim Avropada yaşamaq hüququm var idi. Hazırkı gündə isə bu hüququm yoxdur. Ölkədə müstəqillik elan edildikdən sonra mən Ukrayna vətəndaşıyam və bu gün də həmin statusu daşıyıram. Aımaniyada yaşamaq hüququm da yoxdur".
Dnepropetrovskda düzənlənən mətbuat konfransında çıxış edən müxalifət lideri onu da qeyd edib ki, "Almaniya Federativ Respublikasına xidmətinə görə" ordenini o, ictimai fəaliyyətinə görə alıb: "Bundan əlavə, mən Ukraynada da eyni adlı mükafata layiq görülmüşəm. Ukraynada da məni ictimai fəaliyyətim qiymətləndirilib. Mən, həmçinin YUNESKO-nun səfiriyəm. Bu səbəbdən, mənim hər hansı bir ittiham qarşısında özümü təmizə çıxarmağıma ehtiyac da yoxdur."
Qeyd edək ki, KİV-lər Kliçkonun xarici ölkələrdə yaşamaq hüququnun araşdırılması istiqamətində məhkəmə istintaqının getdiyi informasiyasını yayıblar. Poltava şəhərinin administrativ məhkəməsi müxalifət liderindən bu barədə izahat tələb edib və iqtidara yaxın olan deputatlar onun hansı xidmətlərinə görə xarici dövlət tərəfindən mükafatlandırılması barədə fikirlərini bildirməyi tövsiyə ediblər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB