Suriyada aclıq və səfalət hökm sürür

Suriyada aclıq və səfalət hökm sürür

Suriyanın Yermuk düşərgəsindəki qaçqınlar yenә aclıqla mübarizә edirlәr. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, BMT bildirib ki, düşərgədə bir həftədən şox müddətdir ki, qida yardımı paylanmır.

BMT-nin Fələstinli Mühacirlərə Yardım şöbәsindәn verilәn açıqlamada Suriyanın paytaxtı Dәməşqin yaxınlığında yerlәşәn Yermuk mühacir düşərgəsində yardım paylanmasına yenə icazə verilmədiyi bildirilib. Açıqlamada deyilir ki, düşәrgәdә yaşamaq məcburiyyətində olanların xüsusilə qadın və uşaqların həyatlarının qeyri-kafi bəslənmə səbəbi ilə risk altındadır.

Açıqlamada həmçinin beynəlxalq cəmiyyətә dә çağırış edilib ki, düşərgəyə əhəmiyyətli miqdarda yardım çatdırılsın.

Bütün xəbərlər Facebook səhifəmizdə