Çinin Haiku şəhərində qadın sevgilisi tərəfindən kanalizasiya quyusuna atılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Guo adlı qadın quyudan 60 saat sonra vətəndaşlar tərəfindən çıxarılıb. Təxminən üç gün müddətində dərinliyi 3 metr olan kanalizasiya quyusundan çıxmaq üçün mübarizə aparan qadın paltarlarından pilləkən düzəltməyə çalışsa da, bu, müvəffəqiyyətsizliklə nəticələnib.
Kömək üçün dəfələrlə qışqırdığını deyən Guo quyuda keçirdiyi gecələri suda boğulmamaq üçün yatmadığını bildirib.
Polis qadının sevgilisi tərəfindən quyuya atılma anının təhlükəsizlik kameraları tərəfindən qeydə alındığını deyib: "Görüntülərdə Guonun sevgilisinin kanalizasiya quyusunun qapağını əvvəlcədən qaldırdığı və quyunun üzərini kartonla bağladığı əks olunub".
Qeyd edək ki, Çin polisi hazırda cinayəti törədən sevgilinin axtarışındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB