İndoneziyada Kelud vulkanının püskürməsi nəticəsində 3 beynəlxalq hava limanı bağlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Nəqliyyat Nazirliyi vulkanın təyyarələr üçün təhlükə yaradacağını nəzərə alaraq uçuşların təxirə salınması ilə bağlı qərar veriblər.
Yava adasında minlərlə insan evakuasiya olunub. Alov 130 kilometr torpaq sahəsini bürüyüb.
Bildirilir ki, Kelud vulkanı İndoneziyada ən aktiv vulkan hesab olunur. Belə ki 1919-cüu ildə vulkanın püskürməsi nəticəsində yüzlələ kənd yer üzündən silinib, 5 mindən çox insan ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB