Fransa polisi 100-dən çox insanı həbs edib

Fransa polisi 100-dən çox insanı həbs edib

Fransada taksi sürücülərinin kütləvi tətili davam edir. Etiraz aksiyası paytaxt Parisdə nəqliyyatın hərəkətində maneələr yaradıb. Marsel və Nits şəhərlərində də taksi sürücülərinə dəstək nümayişləri keçirilib.

"Le Parisien" saytının xəbərinə görə, polis aksiyalarda iştirak edən 101 nəfəri həbs edib.

Qeyd edək ki, taksi sürücüləri ədalətsiz rəqabət şərtlərinə etiraz edirlər. Belə ki, şəxsi avtomobillərlə taksi xidməti göstərən fiziki şəxslər dövlətə lisenziya üçün ayda cəmi 120 avro ödədiyi halda, taksi sürücüləri ildə 230 min avro ödəməli olurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə