Avtobus partladı: 13 nəfər öldü

Avtobus partladı: 13 nəfər öldü

Pakistanın Karaçi şəhərində avtobus partlayıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, 13 nəfər ölüb, 36 nəfər isə yaralanıb.

İlkin məlumatlara görə, partlayıcı qurğu olan avtomobil içərisində 50 nəfər olan polis avtobusuna dəyib. Partlayış səsi 2 kilometr uzaqlıqda eşidilib. Hadisə polis məktəbinin yaxınlığında baş verib. Zərərçəkənlərin arasında sadə vətəndaşların da olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə