Kəskin hava şəraiti 11 nəfərin ölümünə səbəb olub

Kəskin hava şəraiti 11 nəfərin ölümünə səbəb olub

ABŞ-da kəskin hava şəraiti nəticəsində yol qəzasında həlak olanların sayı 11-ə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, əvvəl 6 nəfərin öldüyü qeyd olunurdu. Virciniya Ştatında 1, Şimali Koralinada isə 2 nəfər yol qəzasında həlak olub.

ABŞ-ın Cənubunda qar fırtınası qalın buz qatları əmələ gətirib ki, ağaclardan düşən buz qatları elektrik xətlərinin qırılmasına səbəb olub. Nəticədə 500 min ev və müəssisə işıqsız qalıb. Hava şəraitinə görə təxminə 3300 uçuş təxirə salınıb. Amerika mətbuatı qar fırtınasının 22 ştata təsir etdiyini bildirir. Onların əksəriyyətində fövqəladə vəziyyət elan edilib.

Qeyd edək ki, havaların pis olması səbəbindən bu gün Vaşinqtonda dövlət müəssisələri bağlı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə