Hər gün Suriyada 200-dən çox insan ölür

Hər gün Suriyada 200-dən çox insan ölür

Son üç həftə ərzində Suriyada hər gün 200-dən çox insan ölür. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın İnsan Haqları Təşkilatı məlumat yayıb. Hökumət qüvvələri və üsyançılar Cenevrədə keçirilən sülh danışıqlarında mövqelərini möhkəmləndirmək üçün nəzarətlərində olan əraziləri genişləndirməyə cəhd edirlər. Hazırda hökumət qüvvələri müxalifətin nəzarətində olan və Livanla sərhəddə yerləşən Yabrud şəhərini mühasirədə saxlayır. Hərbi təyyarələr şəhəri bombardman edib.

Bütün xəbərlər Facebook səhifəmizdə