2013-cü ilin dekabrından bu günədək Misirdə donuz qripi adlanan A/H1N1/ virusundan 44 adam dünyasını dəyişib. Bu barədə Misir Səhiyyə Nazirliyinin nümayəndəsi məlumat verərək bildirib ki, ölkədə ən azı 342 virusa yoluxma halı qeydə alınıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, Kalyubiyyə əyalətinin hakimiyyət orqanları ötən həftə karantin elan ediblər. Virusa yoluxanların çoxu Şarkiyədə və Qahirədən şimalda yerləşən Dəkahliyədə qeydə alınıb. İsgəndəriyyədə və ölkənin bir sıra digər əyalətlərində də xəstəlik halları qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB