Qurgen Yanukyanın terror aktı “mənfur cinayət” adlandırılıb

Qurgen Yanukyanın terror aktı “mənfur cinayət” adlandırılıb

"PaxTurcica" İnstitutunun verdiyi məlumata görə, Nyu-Cersi ştatının üç qanunvericisi (ştatın qanunvericilik orqanının hər iki palatasından – Senatdan və Assambleyadan) – senator Kristofer Konnors, ştat Assambleyasının üzvləri Brayan Rampf və Dayan Qouv Los-Ancelesdə türk diplomatların erməni terrorçusu Qurgen Yanukyan tərəfindən qətlə yetirilməsinin 41-ci ildönümü ilə əlaqədar ABŞ-ın azərbaycanlı və türk icmaları nümayəndələrinin məktublarına cavab olaraq bəyanat veriblər.
Bəyanatda deyilir ki, 41 il əvvəl Los-Ancelesdə iki türk diplomatının qətli ilə əlaqədar münaqişə "(etnik) nifrət zəminində cinayət" hadisələrindən biri olub. Qanunvericilər bu terror aktını "mənfur cinayət" adlandırmış və qətlə yetirilmiş türk diplomatlarının xatirəsini yad etdiklərinə görə azərbaycanlı və türk icmalarının üzvlərinə minnətdarlıqlarını bildiriblər. Onlar ümidvar olduqlarını bildiriblər ki, gələcəkdə terror aktlarının qarşısının alınması məqsədi ilə sülh, tolerantlıq və əmin-amanlıq bərqərar ediləcək.
Xatırladırıq ki, erməni terrorçu Qurgen Yanukyan 1973-cü ildə baş konsul Mehmet Baydarı və konsul Bahadır Dəmiri öldürüb. Qatil 1984-cü ilin yanvarında azadlığa buraxılıb və Ermənistanda ən çox mədh olunan şəxsiyyətlərdən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə