Avropa İttifaqı uçuşların ləngiməsinə görə sərnişinlərə təxminən 600 avro ödəyəcək

Avropa İttifaqı uçuşların ləngiməsinə görə sərnişinlərə təxminən 600 avro ödəyəcək

Avropa İttifaqı reysləri bir neçə saat ləngiyən Aİ aviaşirkətlərinin sərnişinlərinə ödənilən kompensasiyanı 600 avroyadək artıraca.
Avropa Komissiyasının təşəbbüsü ilə hazırlanmış müvafiq qanun layihəsi bu günlərdə Avropa Parlamentində təsdiq olunub. Hazırda qanun layihəsi baxılmaq üçün Aİ-yə üzv ölkələrə göndərilib. Qanunun bu ilin sonunda qüvvəyə minəcəyi gözlənilir.
Kompensasiyanın həcmi reyslərin gecikmə vaxtından və uçuşun müddətindən asılıdır. Gecikmənin müddəti yeddi saata çatarsa, uçuş məsafəsi isə altı min kilometrdən çox olarsa, hər bir sərnişin 600 avro alacaq. Gecikmə dörd saat çəkərsə və məsafə altı min kilometrədək olarsa, kompensasiyanın məbləği 400 avro təşkil edəcək. Üç saat gecikmə və 3,5 min kilometr məsafə hesabı ilə sərnişinlər 300 avro əldə edəcəklər.
Qanun layihəsi sərnişinlərin şikayətlərinə baxılmasına nəzarət və aviaşirkətlərin nümayəndələrinin onlara reaksiyası üzrə daha sərt sistemin qurulmasını də nəzərdə tutur.
Avropa İttifaqı aviaşirkətləri biletin son qiymətində bütün artımları və mümkün gizli əlavə rüsumları dəqiq göstərməyə də məcbur etmək niyyətindədir. Sonra müştərilər bunlara görə etiraz edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə