Bu ölkələrdə gəlirə görə vergi ödənilmir

Bu ölkələrdə gəlirə görə vergi ödənilmir

Dünyanın on ölkəsində insanlar gəlirə görə vergi ödəməkdən azaddırlar. Bu ölkələrin əksəriyyəti ərəb dünyasının payına düşür.
Gəlirə görə vergi ödənilməyən ölkələr siyahısına Qətər başçılıq edir. Təbii qaz ehtiyatları ilə zəngin olan bu ölkənin əhalisi vergidən tamamilə azaddır. Qətərdə yalnız tibbi sığorta üçün 5 faiz vergi tutulsa da, sonradan bu vəsait sahibinə qaytarılır.
Siyahıda ikinci yerdə gələn Birləşmiş Ərəb Əmirliklərində də əmək fəaliyyəti ilə məşğul olanlardan vergi tutulmur.
Andorra əhalisinin sayına görə cırtdan dövlətlərdən biridir. Bu ölkənin iqtisadi inkişafı hamı üçün sirr olaraq qalmaqdadır. Əhalisindən vergi tutulmayan Andorranın əsas gəlir mənbəyi ucuz spirtli içkilər və tütün məmulatları almaq üçün bu ölkəyə gələn əcnəbi turistlərin hesabınadır.
Digər cırtdan dövlət Monako Knyazlığında vergi sistemi əsasən fransız vətəndaşlarına və 1957-ci ilə qədər burada vətəndaşlıq hüququ alanlara şamil olunmur.
Fransanın prefekturası altında olan Keyman adaları turizmdən ildə əldə etdiyi 326 milyon dollarla iqtisadiyyatını tənzimlədiyindən əhali vergi ödəməkdən azaddır.
Sakit okean sahilində yerləşən Bermud arxipelaqının əhalisi özlərini dünyanın ən xoşbəxt insanları hiss edirlər. Vergi tutulmayan arxipelaqın iqtisadiyyatı ildən-ilə çiçəklənir.
Səudiyyə Ərəbistanının əhalisi də vergidən azaddır. Yalnız bu ölkədəki xarici şirkətlərin gəlirlərinin 20 faizindən vergi tutulur.
Böyük Britaniyanın Viyerj adalarının sakinləri də vergidən azaddırlar.
Bəhreyn və Küveyt kimi neft və qaz ehtiyatları ilə zəngin olan ölkələrin əhalisi də vergi ödəmirlər. Küveytdə yalnız özəl sektorda çalışanların iki faizi vergi ödəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə