Fevralın 10-da Tokio Fond Birjasında investorların istehsalın müxtəlif sahələri üzrə müəssisələrin səhmlərinə sifarişləri yerləşdirməsi nəticəsində kotirovkaların kəskin artımı qeydə alınıb.
Nikkey indeksi hərracların sonuna ötən həftənin cümə günündəki səviyyə ilə müqayisədə 255 bənd artaraq, 14718-ə bərabər olub.
Bazar mənbələrinin bildirdiyinə görə, ABŞ-da yanvar ayında işsizliyin səviyyəsinin enməsi ABŞ iqtisadiyyatı ilə bağlı narahatlığı azaldıb. Fevralın 10-da bu, cümə günü Nyu-York birjasında kotirovkaların kəskin qalxmasının ardınca Asiya bazarlarında da səhmlərin dəyərinin artmasına səbəb olmuşdurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB