Onlarla suriyalı Homsdan çıxarıldı

Onlarla suriyalı Homsdan çıxarıldı

Suriyanın Qızıl Aypara Cəmiyyəti Homs şəhərində köməksiz vəziyyətdə qalan vətəndaşları silahlı qarşıdurmaların baş verdiyi ərazilərdən təxliyyə olunması təşəbbüsü ilə çıxış edib. SİA İnterfax.ru-ya istinadən xəbər verir ki, Suriyanın mərkəzi televiziyası bu barədə məlumat yayıb. Məlumatda qeyd olunur ki, artıq 65 nəfər Homs sakini təhlükəli yerlərdən çıxarılıb və şəhərə humanitar yardım maşınları daxil olub.

Qeyd edək ki, ötən cümə günündən bu günə qədər Homsdan 83 nəfər köməksiz insan çıxarılıb. Eyni zamanda bildirilir ki, Suriyanın Qırmızı Aypara Cəmiyyəti şəhərə daxil olarkən, silahlılar yardım konvoyunu atəşə məruz qoyublar. Nəticədə konvoyun tərkibində olan bir avtomobil sürücüsü güllə yarası alıb. Lakin bütün çətinliklərə baxmmayaraq, humanitar yardım əməliyyatı yarıda saxlanmayıb və müvafiq ünvanlara qədər çatdırılıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə