Suriyada qızğın döyüşlərin getdiyi Xums vilayətində yerli əhaliyə humanitar yardım aparan BMT nümayəndələri silahlı hücuma məruz qalıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, silahlılar BMT nümayəndələrinin avtomobilinə atəş açıblar, nəticədə biri ağır, 4 ilkin tibbi yardım işçisi yaralanıb.
Silahlı insidentə baxmayaraq, rəsmilər humanitar yardımı lazımi məntəqələrə çatdıra biliblər.
Xatırladaq ki, bir qədər əvvəl Suriya hökuməti döyüşlərdən əziyyət çəkənlərə humanitar yardım edilməsi və mühasirədə olan 2500-dən çox suriyalının təxliyə edilməsi üçün 3 günlük atəşkəs elan etmişdi. Atəşkəsin kim tərəfindən pozulduğu isə məlum deyil. Bununla belə müxalifət rəhbərliyi hücuma görə, hökumət qüvvələrini günahlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB