Liviyanın devrilmiş lideri Müəmmər Qəddafi dönəmindən sonra Liviya Parlamentinin sədr-müavini vəzifəsində çalışan Əbdüləziz əl-Husadi sui-qəsdə uğrayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sui-qəsdə uğrayan vitse-spiker hadisə yerindəcə ölüb.
Əbdüləziz əl-Husadi Liviyanın Dərnə bölgəsinə səfərdən qayıdarkən kimliyi bilinməyən bir qrup silahlı tərəfindən basqına mərzu qalıb. Hadisə nəticəsində başından və bədəninin müxtəlif yerlərindən güllə yarası alan vitse-spiker ölüb.
Bundan əvvəldə bir neçə dəfə sui-qəsdə məruz qalan Əbdüləziz əl-Husadiyə qarşı edilən sui-qəsdi hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Hadisə ilə bağlı araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB