İraqda 8 nəfər öldü, 11 nəfər yaralandı

İraqda 8 nəfər öldü, 11 nəfər yaralandı

İraq ordusunun Əl-Anbar əyalətinin Fəllucə şəhərində həyata keçirdiyi əməliyyatlarda 8 nəfər ölüb, 11-i isə yaralanıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, ordu qüvvələri Fəllucədəki "tayfa inqilabçıları" adlı qruplaşmaya havadan və qurudan əməliyyatlar keçirib.

Döyüşlər zamanı şəhərin su şəbəkəsi, evlər və bir çox iş yerləri zərər görüb.

Ətrafdakı xəstəxanalara yerləşdirilən yaralılar arasında müəllimlərin də olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə