Basklara aid ETA terror qruplaşması Basklar ölkəsinin elan olunması və problemin həlli istiqamətində üç əsas kompromisini bəyan edib. SİA İtar-Tass agentliyinə istinadən xəbər verir ki, ETA rəhbərliyi sülhə nail olmaq üçün bu addımı atmağa hazır olduğunu bildirib. Terror qruplaşması bəyan edib ki, həmin kompromislər sülh danışıqlarının bərpası, bu istiqamətdə hökumət qüvvələri ilə məsləhətləşmələr və müzakirələrə yenidən start verməsi, komissiyanın yaradılmasından ibarətdir.
Qeyd edək ki, ETA ("Euskadi Ta Askatasuna") - "Bskalar Ölkəsi və Azadlıq" terror təşkilatı 1959-cu ildə yaradılıb. Qruplaşmanın əsas məqsədi İspaniyanın şimal və Fransanın cənub-qərb regionlarının müstəqilliyini əldə etməkdən ibarətdir. 50 ildən artıq müddətdə ETA-nın törətdiyi terror aktları nəticəsində 800-dən artıq insan həlak olub. 2011-ci ilin 20 oktyabr tarixində ETA silahlı müqavimətə son qoyduğunu rəsmən bəyan edib. Lakin buna baxmayaraq, asayiş qüvvələri bu gün də qruplaşma üzvlərini təqib etməkdə davam edirlər. Hazırda İspaniya həbsxanalarında terror təşkilatının 550 üzvü cəza çəkir. Daha 200 nəfəri isə Fransa həbsxanalarına yerləşdirilib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB